best css templates

Atopik dermatit

Atopik dermatit erkən uşaq yaşlarında görülən xronik təkrarlayıcı bir dəri xəstəliyidir. Uşaq yaşlarında 10-20%, böyüklərdə 1-3% rast gəlinir.

Xəstəlik kseroz (dəridə quruluq), alergenlərə həssaslıq və dəri baryerinin pozulmuş olması ilə xarakterikdir. Bu xəstələrdə bronxial asma, alergik rinokonyuktivit görülmə ehtimalı da yüksəkdir.

Mobirise
Xəstəliyin diaqnozu klinik əlamətlərə görə qoyulur. Dəridə qaşınma, tekrarlayan ekzemalar, yaraların tipik yerləşməsi ( körpələrdə yanaq, uşaqlarda etrafların açıcı səthləri), ailədə vəya xəstənin özündə asma, alergik rinokonyuktivit olması kimi əlamətlər əsas kriteriyalar hesab olunur. Bundan əlavə dəridə quruluq, tərləməyə bağlı qaşıntı, yun paltarlar geyə bilməmə və digər əlamətlərin biri vəya bir neçəsi görülə bilər.
Laborator müayinələrdən qanda eozinofil, Total İgE baxılması və Prik testi həyata keçirilir. Prik testi atopik dermatit, alergik rinokonyuktivit, bronxial asmada istifadə olunan diaqnostik bir testdir.
Prik testi tənəffüs və qida allergenləri ilə aparılır. Əl biləyi və dirsək arasında qolun ön hissəsinə hər alergendən bir damla qoyularaq, prik testi üçün hazırlanmış xüsusi steril lanset ilə (metal iti uçlu bir tıbbi alət) damla qoyulan nahiyədə dəri cızılır. 15 dəq. sonra test dəyərləndirilir. Testin nəticəsi anamnez nəzərə alınaraq dəyərləndirilir. Hər hansı maddəyə qarşı alergiyası olan şəxs bu alergendən mümkün olduğu qədər uzaq durmalıdır. Bunun üçün xəstə dermatoloq tərəfindən ətraflı məlumatlandırılır.
Müalicəsində əsasən nəmləndiricilər, topikal steroidlər, topikal kalsinörin inhibitorları və antihistaminiklər yer alır. Şiddətli hallarda fototerapiya, sistemik steroidlər, siklosporin istifadə oluna bilər.
Şiddətlənmələri önləmək üçün dərini daima nəmləndirmək, qıcıqlandıran maddələrdən uzaq durmaq , dermatoloqun tövsiyələrinə əməl etmək lazımdır.

Dr. Lalə Mehdi
Tel: 050 444 33 76

Address

Baku Medical Plaza (VİP filialı)
Xarici Dillər Universitetin yanı
Mikayıl Rəfili - Rəşid Behduov küçələrinin kəsişdiyi yer 


Əlaqə

Telefon: +994 (050) 444 33 76
                və ya (050) 444 DERM 

Linklər 

akne.az
allergiya.net
mezoterapiya.az 

Randevu

Müayinə üçün əvvəlcədən əlaqə saxlayın