develop free website

Övrə

Əhalinin 15-25%-i həyatında bir dəfə də olsa övrə keçirmişdir.

Övrə qırmızı, qaşıntılı, 24-48 saat içərisində yer dəyişdirən, heç bir iz buraxmadan keçən qabarıqlıqlarla ortaya çıxan bir dəri xəstəliyidir. Qabarıqlıqlar bəzən birləşib bütün bədəni əhatə edə bilər. Hər yaşda ortaya çıxa bilər. 6 həftə içərisində tamamilə keçərsə kəskin, 6 həftədən daha uzun müddət davam edərsə xronik övrədir. Əgər ödem dermisin dərin qatına və dərialtı toxumaya yayılarsa angioödem dediyimiz daha şiddətli bir mənzərə ortaya çıxır.

Dr. Lalə Mehdi
Tel: 050 444 33 76

Mobirise
Kəskin övrənin 50%, xronik övrənin 90% hallarda səbəbi bilinməməktədir. Övrənin ortaya çıxmasına səbəb olan faktorlara infeksiyalar (viral, bakteriyal, parazit), dərmanlar (antibiotiklər, ağrıkəsicilər), bəzi qidalar (dəniz məhsulları, süd məhsulları, yumurta, çiyələk və s.) və digərləri daxildir.

Diaqnoz klinik müayinə əsasında dermatoloq tərəfindən qoyulur. Ətraflı alınmış anamnez çox vaxt övrənin səbəbini anlamağa imkan verir. Xronik övrədə altda yatan səbəbi aydınlaşdırmaq üçün qaraciyərin, böyrəyin, tiroidin funksional testləri, nəcisin parazitoloji müayinəsi, hepatitlər və digər testlər baxılır.
Müalicəsində antihistamin qrupu dərmanlara əsas yer verilir. Xəstəliyin şiddətinə görə uyğun dərman seçilir və dozası müəyyənləşdirilir. Bəzən bir neçə gün sistemik steroidə ehtiyac olur. Müalicəyə tabe olmayan xəstələrdə siklosporin, omalizumab kimi daha qüvvətli dərmanlar, əlavə təsirləri nəzərə alınaraq istifadə oluna bilər.

Address

Baku Medical Plaza (VİP filialı)
Xarici Dillər Universitetin yanı
Mikayıl Rəfili - Rəşid Behduov küçələrinin kəsişdiyi yer 

Əlaqə

Telefon: +994 (050) 444 33 76
                və ya (050) 444 DERM 

Linklər 

akne.az
allergiya.net
mezoterapiya.az 

Randevu

Müayinə üçün əvvəlcədən əlaqə saxlayın