Bu məqsədlə dəri probleminə uyğun olaraq hialuron turşusu, antioksidantlar, vitaminlər, minerallar, amin turşuları və digər tərkibli özəl dərman kokteylləri hazırlanır. Bu maddələrin birbaşa dəriyə verilməsi dəridə kollagen ve elastin sintezini artırır, dərinin yenilənməsinə səbəb olur. Mezoterapiyada az dozada dərmanlarla yüksək effekt hədəflənir, heç bir sistemik əlavə təsir görülmür.
İstifadə sahələri:
· Saçların gücləndirilməsi, saç tökülmələrinin qarşısının alınması;
· Dərinin gəncləşdirilməsi, dəriyə nəm və parlaqlıq qazandırılması;
· Ləkələrin rənginin açılması;
· Selülit və striaların (hamiləlik zamanı qarında yaranan dəri çatlamaları) müalicəsi.
Gözəlliyinizin qeydinə qalın!..
Dr. Lalə Mehdi
Tel: 050 444 33 76