free bootstrap templates

Psoriyaz xəstəliyi nədir?

Psoriyaz xəstəliyi sıx görülən, müəyyən fasilələrlə artıb-azalma göstərən, uzun müddət davam edən bir dəri xəstəliyidir. Ən sıx görülən vulgar tipinde sağlam dəridən kəskin sərhədlə ayrılabilen, üzəri gümüşü rəngli kəpəklə örtülü, dəridən qabarıq qızarıqlıqlar meydana gəlir. Ən sıx görülən bölgələr diz, dirsek, etrafların açıcı səthləri və saçlı dəri olmaqla hər yerdə meydana gələ bilər. Bundan başqa invers, palmoplantar, guttat, püstüler və eritrodermik klinik variyantlarla da qarşımıza çıxa bilər.

Mobirise
Xəstəliyin görülmə sıxlığı nədir?
Amerika ve Avropada təxmini olaraq hər 100 adamdan 2-sində, Afrika ve Asya ölkələrində hər 100-200 adamdan 1-ində görülməktədir.
Psoriyaz xəstəliyi hansı yaşlarda görülür ?
İstənilən yaşda ortaya çıxa bilən psoriyaz xəstəliyi ən sıx 20-30 yaşlar arasında başlayır. Başlanğıc yaşına görə xəstəlik 2 grupa ayrılır: 40 yaşından əvvəl başladığında erkən başlanğıclı, 40 yaşından sonra başladığında isə gec başlanğıclı olaraq dəğərləndirilir. Erkən başlanğıclı psoriyaz xəstəliyi daha şiddətli seyr etməyə meyllidir. Və bu tipdə ailede psoriyaz xəstəliyinə daha sıx rast gəlinir.
Psoriyaz xəstəliyinin səbəbləri nələrdir? Kimlərdə görülür?
Xəstəliyin səbəbi tam olaraq bilinmir. Xəstəliyin immun sistem, genetik ve çevre faktorlarının birgə təsiri nəticəsində ortaya çıxdığı düşünülür.
İmmun sisteminin əsas hüceyrələrindən olan T hüceyrələri qan damarları yoluyla dəriyə gəlib dərinin ən üst qatı olan epidermis təbəqəsini formalaşdıran keratinosit adlı hüceyrələrin daha sürətli çoxalmasına yol açır.

Epidermis normalda öz-özünü 1 ayda yenilərkən, bu müddət psoriyaz xəstəliyində 3-5 günə azalır. Bu da dəridə pullanma ile nəticələnir. Fəqət immun sistemi ve T hüceyrələrini nəyin hərəkətə keçirdiyi bilinmir. Xəstəliyin yaranmasında çox sayda genin rolu olduğu düşünülür.

Psoriazisli xəstələrin yaxın qohumlarında xəstəliyin sıx görülməsi genetik ötürücülüyün rolunu bir daha təsdiq edir.
· Müxtəlif çevrə faktorlarının;
· streptokokların səbəb olduğu boğaz infeksiyaları;
· bəzi dərmanlar (sistemik steroid, antimalaryallar, litiyum, beta-blokatorlar,interferon, ağrıkəsicilər);
· stress,sıxıntı;
· qaşıma, hamamda kisələmə gibi fiziki travmalar ve s.
təsiriylə xəstəliyin başladığı və ya şiddətləndiği düşünülür.

Günəş işığının psoriyazis xəstələrinə təsiri
Xəstələrin çoxunda günəş şüalarına orta dərəcədə məruz qalmaq xəstəliyin əlamətlərini azaldır. Bu səbəbdən yay aylarında yaxşılaşma görülür. Ancaq həddən artıq günəşlənmə, günəş yanıqları xəstəliyi şiddətləndirə bilər.

Psoriyaz xəstəliyi yoluxucu bir xəstəlikdirmi?
Psoriyaz xəstəliyi yoluxucu bir xəstəlik deyildir.

Oynaqların psoriyazis xəstəliyi (Artropatik Psoriasis)
Hər 10 psoriyazis xəstəsindən təxminən 2-sində ortaya çıxır. Sıxlıqla 40 yaşlarında görülür. Şikayətlər tək bir oynaqda və ya eyni anda bir neçə oynaqda görülə bilər. Oynaqlarda ağrı,qızarıqlıq ve şişkinlik ortaya çıxır. Oynaq tutulumu görülən xəstələrdə, dırnak tutulumuna sıx rast gəlinir.

Psoriazisdə dırnaq dəyişiklikləri
Psoriazis xəstəliyində xəstələrin təxminən yarısında əl, hər 3 xəstədən 1-inde de ayaq dırnaqları tutulur. Dırnaq səthində çuxurlaşmalar (pitting) xəstəlik üçün tipikdir. Dırnağın yatağından ayrılması (onikoliz), dırnaqda sarımtıl rəng dəyişikliyi (yağ ləkəsi görünümü), dırnaqda distrofik pozğunluqlar ortaya çıxa bilər.

Psoriyaz xəstəliyinin gedişatı necədir?
Psoriyaz xəstəliyi hər xəstədə fərqli şəkildə irəliləyir. Əvvəldən prognozlaşdırıla bilməyən şiddətlənmələr və yaxşılaşma dövrləri ilə uzun müddət davam edə bilər. Təxmini hər 3-4 xəstədən 1-ində xəstəlik tamamilə sağala bilər.

Psoriyaz xəstəliyi başqa orqan xəstəliklərinə də səbəb olur ?
Psoriyaz xəstələrində ürək-damar xəstəlikləri (hipertoniya, şəkər xəstəliyi, qan yağlarında artma), obezite (şişmanlıq), iltihablı bağırsaq xəstəliklərinə daha sıx rast gəlinir.

Psoriyaz xəstəliyinə diaqnoz necə qoyulur?
Xəstəliyin diaqnozu dermatoloq tərəfindən klinik müayinə sonucunda müəyyənləşdirilir. Bəzi hallarda başqa xəstəliklərdən ayırmaq üçün dəri biyopsiyasının histopatolojik incələməsinə ehtiyac ola bilər.

Psoriyaz xəstəliyinin müalicəsi necədir?
Psoriyaz xəstəliyinin müalicəsində xəstəliyin yerləşdiyi bölgələrin genişliyi, oynaq patologiyasının olub olmaması, xəstəliyin həyat keyfiyyətini nə dərəcədə azaltdığı nəzərə alınmalıdır. Psoriyaz xəstəliyi uyğun müalicə ilə kontrol altına alınır ve uzun müddətli yaxşılaşma dövrləri təmin olunur. Öncəliklə psoriyaz xəstələri xəstəliyi şiddətləndirə biləcək faktorlardan qaçınmalıdırlar.

Psoriyaz xəstələrinin 80%-ində məhdud bölgələr tutulduğu üçün yerli müalicə kifayət edir. Bu məqsədlə istifadə olunan dərmanlar keratolitikler (dəri səthindəki kəpəkləri uzaqlaşdıran dərmanlar), kortikosteroidler, antralin, kalsipotriol (sintetik D vitamini), kalsinörin ingibitorlarıdır.

Geniş yayılmış tutulumu olanlarda istifadə olunan sistemik müalicələrin başında, metotreksat, siklosporin-A ve retinoidlər gəlməktədir. Bunlardan əlavə fototerapiya, infliksimab, adalimumab, etanersept kimi dərmanlar istifadə olunmaqdadır.
Seçiləcək müalicənin şəkli, müddəti və dərmanların dozası dermatoloq tərəfindən müəyyənləşdirilir.

Arzuolunan nəticə almaq üçün dermatoloqunuzun tövsiyələrinə düzgün riayət edin.

Dr. Lalə Mehdi
Tel: 050 444 33 76

Address

Baku Medical Plaza (VİP filialı)
Xarici Dillər Universitetin yanı
Mikayıl Rəfili - Rəşid Behduov küçələrinin kəsişdiyi yer 


Əlaqə

Telefon: +994 (050) 444 33 76
                və ya (050) 444 DERM 

Linklər 

akne.az
allergiya.net
mezoterapiya.az 

Randevu

Müayinə üçün əvvəlcədən əlaqə saxlayın