Səbəb olan faktorlar:
1. İrsi meyl: Rozasea xəstələrinin yaxınlarının rozasea olma ehtimalı 30-40%'dir.
2. İnfeksiya: Üz dərisində Demodex folikularum adlı parazitin 1cm2-də 8'den çox olması xəstəliyin yaranmasında rol oynayır.
3. Çevre faktorları: Günəş işığı, isti ve ya soyuq hava, buxar, ədviyyatlı qidalar, spirtli,qazlı ve kofeinli içkilər xəstəliyi artırır.
4. Psixoloji faktor: Stres, sıxıntı xəstəliyi alovlandıra bilər.
Əlamətləri və diaqnostikası
Rozasea daha çox 30-60 yaş arasında,qadınlarda daha sıx görülür.
Rozasea yavaş irəliləyən bir xəstəlikdir ve epizodlar şəklində ortaya çıxır.
Dörd klinik dövrü var:
1. dövr: Üzdə təkrarlayan yanma ve qızarıqlıq epizodlarının olması
2. dövr: Üzdə qalıcı qızarıqlıq ve gözle görülən kiçik qan damarlarının əmələ gəlməsi,
3. dövr: Burun, yanak, alın ve çene üzerinde kiçik, qırmızı şişliklərin (sızanaq) yaranması,
4. dövr: Gözlərdə yanma veya qıcıqlanma (gözdə rozasea) ve qırmızı, şişkin burun (rinofima) meydana gəlməsi.
Diaqnoz çox vaxt klinikaya görə dermatoloq tərəfindən qoyulur.
Müalicəsi
Ümumi tədbirlər: Xəstəliyi artıran faktorlardan uzaq durmaq
Günəşdən qorunmaq: Günəş qoruyucu kremlər (yay-qış), şlyapa, günəş eynəyi (yay)
Yerli müalicə: Yüngül hallarda topikal dərmanlar istifadə olunur. Ən çox metronidazol, klindamisin, tetrasiklin, permetrin, takrolimus ve pimekrolimus təyin olunur.
Sistemik müalicə: Şiddətli hallarda tək başına vəya topikal dərmanlarla birlikdə daxilə qəbul olunan antibiotiklər (minosiklin, doksisiklin, tetrasiklin və azitromisin) ve bir sintetik vitamin A forması olan izotretinoin istifadə olunur.
Lazer müalicəsi: Üzdəki qalıcı qırmızılıq ve kapilyar damarlanma artışlarının müalicəsində müxtəlif lazer müalicələri istifadə oluna bilər.
Cərrahi müalicə: Rinofima (rozaseaya bağlı burunda böyümə, şəkil dəyişikliyi) cerrahi üsullarla müalicə olunur.
Dr. Lalə Mehdi
Tel: 050 444 33 76