Seboreik dermatit

Seboreik dermatit xronik gedişli, yağlı bölgələrdə qızarıqlıq və qabıqlanma ilə özünü göstərən bir dəri xəstəliyidir. Əhalinin 1-3 %-də görülür. Kişi cinsində və 20-50 yaş arasında daha sıx rast gəlinir.

Səbəbi tam bilinməməklə yanaşı bəzi faktorlar seboreik dermatitin ortaya çıxmasında rol oynayır. Bunlar dəridə yağlanma, stress, Mallasseizia furfur (göbələk), kişi cinsiyyət hormonları və s.-dir.

Mobirise
Seboreik dermatit dəridə qızarıqlıq və üzərində yağlı görünümlü, sarımtıl qabıqlanma ilə xarakterizə olunur. Burun çevrəsi, qaşlar, qulaq arxası, xarici qulaq keçəcəyi, saçlı dəri, gövdənin ön-üst hissəsi xəstəliyin ən çox yerləşdiyi bölgələrdir.
Müalicəsinə gəlincə öncəliklə xəstələrin bilməsi gərəkən xəstəliyin təkrarlayıcı olmasıdır. Xəstələr müalicədən fayda görür, ancaq günün birində simptomlar yenə ortaya çıxa bilər.
Salisilik asid, zink pirityon, qətranlı, selenyum sülfid tərkibli şampunlarla xəstəlikli nahiyənin yuyulması qabıqlanmanı azaldacaqdır. Şiddətli hallarda topikal steroidler 5-7 gün istifadə olunmalıdır. O cümlədən ketokonazol (antifungal) tərkibli şampunlar Malasseizia furfurun miqdarını azaldacaqdır. Kəskinləşmə dövrlərinin qarşısını almaq üçün bu şampun uzun müddət istifadə olunmalıdır. Üz lokalizasiyasında sulfasetamid tərkibli kremlər təkrarlamaları azaldır. 1%-li pimekrolimusun effektiv olduğu çalışmalar da var. Xəstələr dərini qıcıqlandıran alkoqollu məhlullardan, toniklərdən istifadə etməməlidirlər.
Topikal müalicəyə cavab verməyən xəstələrdə dermatoloq tərəfindən sistemik izotretionin, sistemik steroid və sistemik antifungal dərmanlar istifadə oluna bilər.

Dr. Lalə Mehdi
Tel: 050 444 33 76

Address

Baku Medical Plaza (VİP filialı)
Xarici Dillər Universitetin yanı
Mikayıl Rəfili - Rəşid Behduov küçələrinin kəsişdiyi yer 


Əlaqə

Telefon: +994 (050) 444 33 76
                və ya (050) 444 DERM 

Linklər 

akne.az
allergiya.net
mezoterapiya.az 

Randevu

Müayinə üçün əvvəlcədən əlaqə saxlayın