Bu xəstəliklərin əlamətləri nələrdir?
Cinsi yolla yoluxan xəstəliyin növünə görə şikayətlər dəyişsə də, əgər aşağıdakı əlamətlər varsa mütləq bir dermatoveneroloqa müayinə olmalısınız:
· Genital bölgədə, ağız içində və ya anal bölgədə yara, içi maye dolu olsun və ya olmasın qabarıqlıq
· Sidik ifrazı zamanı ağrı və ya yanma
· Cinsiyət orqanından ve ya uşaqlıq yolundan ifrazat;
· Qasıq bölgəsində şişlik ve ağrı
Şikayətlər nə zaman ortaya çıxar?
Şikayətlər cinsi əlaqədən sonra qısa müddət içərisində (bir neçə gün) ortaya çıxa biləcəyi kimi bəzən 3 ay sonra da ola bilər.
Bu xəstəliklərin törədiciləri nələrdir?
Bu xəstəliklər bakteriyalarla (qonoreya, sifilis, xlamidiya infeksiyaları), parazitlərlə (trixomoniyaz) veya viruslarla (HPV-insan papilloma virusu, HSV- herpes virusu, HIV-insan immun yetmezlik virusu) ile ortaya çıxarlar.
Risk faktorları nələrdir?
Aşağıdakı vəziyyətlər cinsi yolla yoluxan xəstəliklər üçün risk faktoru sayılır.
Qorunmasız cinsi əlaqədə olmaq
Çox sayda insanla cinsi əlaqədə olmaq (tez tez cinsi partnyor dəyişmək)
Bir ya da birdən çox cinsi yolla yoluxan xəstəliyi olmaq
Alkol veya narkotika asılılığı
Bu xəstəliklərin müalicəsi niyə bu qədər vacibdir?
Bu xəstəliklər sizdən başqa həyat yoldaşınızın və ya cinsi partnyorunuzun da sağlamlığı baxımından önəmlidir. Müalicə olunmayan xəstəliklər müxtəlif ağırlaşmalara səbəb olur. Bu səbəbdən bu tip bir xəstəliyiniz olduğunda ən qısa müddətdə Dermatoveneroloqa mümkünsə partnyorunuzla bərabər müraciət etməlisiniz.
Diaqnoz necə qoyulur?
Cinsi yolla yoluxan xəstəlik şübhəsi olan xəstədə dermatoveneroloq (dermatoloq) klinik müayinəsi, xəstəliyin növünə görə aparılacaq qan, sidik ve genital ifrazatın analizi nəticəsində diaqnoz təsdiqlənir.
Müalicəsi necə aparılır?
Veneroloji xəstəliklər xəstəliyin yaranmasına səbəb olan törədicilərə qarşı uyğun dərmanlarla (antibiyotik, antiviral, antiparaziter) müalicə olunur. Erkən aparılmış müalicə nəticəsində veneroloji xəstəliklər tamamilə müalicə olunur və ağırlaşmaların qarşısı alınır.
Dr. Lalə Mehdi
Tel: 050 444 33 76