site templates free download

True testi

Patch test

True (patch) testi allergik kontakt dermatitin (ekzema) səbəblərini aşkar etmək üçün istifadə olunan bir dəri testidir. Günlük həyatımızda təmas etdiyimiz bir çox maddələr (metal əşyalar, parfümlər, kosmetik vasitələr, tekstil boyaları, saç boyaları və digər) allergiyaya genetik meylli olan insanlarda allergik kontakt dermatitin ortaya çıxmasına səbəb ola bilər.

Mobirise
True (patch) testi allergik kontakt dermatitin (ekzema) səbəblərini aşkar etmək üçün istifadə olunan bir dəri testidir. Günlük həyatımızda təmas etdiyimiz bir çox maddələr (metal əşyalar, parfümlər, kosmetik vasitələr, tekstil boyaları, saç boyaları və digər) allergiyaya genetik meylli olan insanlarda allergik kontakt dermatitin ortaya çıxmasına səbəb ola bilər.
Allergik kontakt dermatitin tam müalicəsi sadəcə o anki vəziyyəti müalicə etməkdən ibarət deyil. Xəstə sağaldıqdan sonra True testi edərək səbəb olan alergeni ortaya çıxarmaq və bu allergendən uzaq durmaq üçün xəstəni ətraflı məlumatlandırmaqdır.
True testi necə aparılır?
True testi etmədən əvvəl xəstənin yanaşı xəstəlikləri, hər hansı dərman istifadə edib etməməsi, kürək nahiyəsinin ən son nə zaman günəşə məruz qaldığı aydınlaşdırılmalıdır.
Test üçün xüsusi bantlara əmdirilmiş alergenlər xəstənin kürək nahiyəsinə yapıştırılır. Bunun üçün kürək nahiyəsi təmiz və tüksüz olmalıdır. 48 saat bu bantlar xəstənin kürək nahiyəsində qalır və 48 saat sonra açılır. Bu müddət ərzində çimmək, çox tərləmək, testin qopmasına səbəb olabiləcək idmanlar etmək olmaz. Testin nəticəsini dəyişə biləcəyi üçün hər hansı dərman qəbuluna da icazə verilmir.
Test bölgəsi 3-cü, 4-cü və 7-ci günlər dəyərləndirilir. Müşahidə olunan reaksiyanın xarakterinə görə xəstədə hər hansı maddəyə qarşı həssaslıq olub olmaması anlaşılır. Və son olaraq testin nəticəsi, xəstəliyin klinikası və anamnez nəzərə alınaraq dermatoloq tərəfindən diaqnoz dəqiqləşdirilir.
Daha sonra dermatoloq sizə xəstəliyinizə səbəb olan alergendən uzaq dura bilməniz üçün bəzi məlumatlandırıcı broşuralar təqdim edəcək. İstifadə edəcəyiniz məhsulların içindəki maddələrin nədən ibarət olduğuna diqqət yetirməniz lazım gələcək.
Əgər alergenlə təması önləyə bilsəniz, heç bir zaman ekzemanız təkrar etməyəcək və beləliklə tam sağalmış olacaqsınız.

Address

Baku Medical Plaza (VİP filialı)
Xarici Dillər Universitetin yanı
Mikayıl Rəfili - Rəşid Behduov küçələrinin kəsişdiyi yer 


Əlaqə

Telefon: +994 (050) 444 33 76
                və ya (050) 444 DERM 

Linklər 

akne.az
allergiya.net
mezoterapiya.az 

Randevu

Müayinə üçün əvvəlcədən əlaqə saxlayın